12:30 07-09-2021
news_image
117
FUTBOL

Avrokubokların səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - UEFA

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsindən etibarən səfər komandalarının azarkeşlərinin stadiona buraxılmasına icazə verib.

Apasport.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qitə futbol qurumu qonaq azarkeşlərlə bağlı qadağanı ləğv edib və onların səfər matçlarında komandalarını dəstəkləmələrinə icazə verib. Ancaq bu məsələdə son sözü yerli ölkələrin səlahiyyətli orqanları deyəcək. Yəni yerli hökumət icazə verərsə, qonaq komandanın azarkeşləri stadionlara buraxılacaq.

Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat”la (Qazaxıstan) eyni qrupda mübarizə aparacaq.