18:27 07-09-2021
news_image
119
FUTBOL

Tolissonu gözləyir – “İnter”

İtaliyanın “İnter” klubu gələn ilin planlarını qurmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Koranten Tolissoya elçi düşüb.

A seriyası təmsilçisi yarımmüdafiəçinin azad agent statusu almasını gözləyir. Fransalının Almaniya “Bavariya”sı ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. “İnter” də 27 yaşlı futbolçunu həmin vaxt sıralarına qatmağı planlaşdırır.

Qeyd edək ki, Tolisso ötən mövsümün 24 oyununda 3 qol vurub.