13:06 07-09-2021
news_image
215
FUTBOL

“Qarabağ”ı dəyərləndirdi – “Omoniya”nın baş məşqçisi

“Avrokuboklarda məqsədimiz qrupa düşmək idi. Daha yaxşısını edə bilərdik, ancaq mümkün olmadı”.

Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasında “Qarabağ”la eyni qrupa düşən “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.

Norveçli mütəxəssis avrokubokların qrupunda iştirak etməyin onlar üçün vacib olduğunu vurğulayıb: “Yenidən qrupda iştirak etmək, yaxşı klublarla rəqabət aparmaq oyunçuların və komandanın inkişafı üçün çox vacibdir. Ölkə çempionatında mübarizəyə başlamağı və avrokuboklarda yarışmağı səbirsizliklə gözləyirik”.

52 yaşlı çalışdırıcı qrupdakı rəqiblərini də dəyərləndirib: “Rəqiblər yaxşı komandalardır. Bir neçə il əvvəl Çempionlar Liqasında oynayan “Bazel” Avropanın tanınmış komandasıdır. “Qarabağ” adətən Avropa Liqasının qrupunda yer alır. “Kayrat” isə bizim üçün bir az naməlumdur. Rəqiblərimiz püşkatma zamanı bizdən daha yüksək reytinqə malik idi. Hələlik onları təhlil etməmişik”.

Qeyd edək ki, H qrupunun ilk turunda sentyabrın 16-da “Qarabağ” “Bazel”i qəbul edəcək, “Omoniya” isə “Kayrat”ın qonağı olacaq.