15:29 07-09-2021
news_image
165
FUTBOL

“Bu, ağılsızlıqdır” – İnfantino Braziliya – Argentina oyunu barədə

“Braziliya – Argentina oyununda nələr baş verdiyini hamımız gördük”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Qurum başçısı DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında yarımçıq qalan Braziliya – Argentina matçına münasibət bildirib: “Cənubi Amerikanın iki ən adlı-sanlı komandası qarşılaşırdı. Bəzi məmurlar, polis və təhlükəsizlik xidmətinin əməkdaşları meydana daxil oldular. Bu, qarşılaşmanın startından bir neçə dəqiqə sonra baş verdi. Onlar bəzi oyunçuları aparmaq istəyirdilər. Bu, ağılsızlıqdır. Amma biz bu problemi həll etməliyik. Bütün bu məsələlər koronavirusla bağlı böhran fonunda yaranır”.

Qeyd edək ki, Argentina millisinin 4 futbolçusu Emiliano Martines, Emiliano Buendia, Kristian Romero və Covanni Lo Çelso sərhəddi qayda pozuntusu ilə keçməkdə ittiham olunur.