14:48 07-09-2021
news_image
131
FUTBOL

Kumanla bağlı qərarı açıqladı – Laporta

“Barselona” baş məşqçi Ronald Kumanla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, klub prezidenti Joan Laporta niderlandlı mütəxəssisin fəaliyyətindən məmnundur.

Laporta yerli mətbuata açıqlamasında 58 yaşlı çalışdırıcıya yeni müqavilə təklif edəcəklərini bildirib: “Kuman klubun tam dəstəklədiyi, mənim hörmət etdiyim, etibar göstərdiyim mütəxəssisdir. Bundan sonra da uzun müddət maksimum rahatlıqla işləməsi üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, ötən ildən “Barselona”nı çalışdıran Ronald Kumanın müqavilə müddəti mövsümün sonuna qədərdir.