14:10 07-09-2021
news_image
90
FUTBOL

Mbappe “Formula-1” pilotu kimidir” - Ronaldo

Əfsanəvi braziliyalı futbolçu Ronaldo PSJ-nin hücumçusu Kilian Mbappe barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, “yekədiş” Fransa millisinin üzvündən ağızdolusu danışıb.

Onun fikrincə, Mbappe gənc olmasına baxmayaraq, artıq təcrübəli oyunçudur: “Mbappenin gözəl texnikası var, onu yüksək sürətlə necə istifadə edəcəyini bilir. Sanki “Formula-1” pilotu kimi müdafiəçilərdən uzaqlaşır. Hələ çox gənc olsa da, artıq təcrübəli ulduz sayılır. Onu çox bəyənirəm”.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Mbappenin karyerasını “Real”da davam etdirməsi gözlənilir.