15:48 07-09-2021
news_image
131
FUTBOL

“Milan”a keçməkdən imtina etdi - Asensio

İspaniyanın “Real” klubunun futbolçusu Marko Asensio aldığı təklifləri rədd edib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yay “transfer pəncərəsi”ndə iki klubdan təklif alıb.

İngiltərə “Tottenhem”i və İtaliya “Milan”ı Asensio üçün “Real”a müraciət edib. Lakin Marko bu klublara keçmək istəməyib.

O, “Real”da qalmağa üstünlük verib. Yarımmüdafiəçinin hədəfi komandanın əsas heyətinin daimi üzvünə çevrilməkdir.