16:31 07-09-2021
news_image
181
FUTBOL

Azərbaycan - Portuqaliya: Kim qalib gələcək?

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Bakıda təşkil olunacaq görüşdə qonaqları aşkar favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 21,00, rəqibin qalib gəlməsi 1,18 əmsaldır. Matçda heç-heçəyə 8,20 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.