00:31 08-09-2021
news_image
88
FUTBOL

Navası alacaq – “Yuventus”

İtaliyanın “Yuventus” klubu qapıçı axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, Turin klubu Keylor Navasın keçidini həll etmək niyyətindədir.

A seriyası klubu Fransa PSJ-sində çıxış edən kosta-rikalını almaq üçün danışıqlara başlayacaq. “Yuventus” qapıçının transferini qışda reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Navasın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.