21:56 07-09-2021
news_image
133
FUTBOL

3-cü oldu, mükafat qazandı - millimiz

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə sonuncu oyununa çıxıb.

Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Mehrac Baxşəli fərqlənib. Turnirin ən "fair-play" komandası olan U-19 yarışı 3-cü pillədə başa vurub.