21:58 07-09-2021
news_image
149
FUTBOL

“Hər oyunda qol vurmağı bacardıq” – U-19-un təsəllisi

“Turnirin təşkilatçılığından razı qaldım”. 

Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev deyib.

O, Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnir barədə fikirlərini affa.az-a açıqlayıb: “Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq. Çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram”.