00:00 08-09-2021
news_image
198
FUTBOL

“Siftə” – de Byazidən

Azərbaycan millisi baş məşqçisi Canni de Byazinin rəhbərliyi altında ilk böyükhesablı məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, bu, DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonası üzrə qrup mərhələsinin VI turuna təsadüf edib.

Yığmamız Bakı Olimpiya Stadionunda Portuqaliya qarşısında aciz qalıb. Kriştiano Ronaldosuz qonaqlar millimizin qapısından üç cavabsız top keçirib.

İlk darmadağın de Byazinin 16-cı matçına təsadüf edib. Bunadək əksər hallarda 1 top fərqilə uduzan italiyalı yığmamız yalnız bir dəfə daha böyük fərqə üzülmüşdü. Millətlər Liqasında Monteneqro səfərində komandamız 0:2 hesabı ilə uduzmuşdu.