09:14 08-09-2021
news_image
446
FUTBOL

UEFA qərarını verdi - “Qarabağ” – “Bazel” oyunu ilə bağlı

“Qarabağ” – “Bazel” oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.

Konfrans Liqasının qrup mərhələsinin I turunun matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılan qarşılaşma ölkənin ən böyük idman qurğusunda baş tutacaq. Sentyabrın 16-dakı matç saat 20:45-də başlayacaq.

Qeyd edək ki, buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.