09:37 08-09-2021
news_image
117
FUTBOL

Kroyfa çatdı – ilk het-triki ilə

Niderland millisinin futbolçusu Memfis Depay yığmada ilk het-trikinə imza atıb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VI turunun Türkiyə ilə matçında (6:1) fərqlənib.

O, qələbəyə üç qolla töhfə verib. Bununla da Depayın millidəki qol sayı 33-ə çatıb.

Memfis yığmadakı qol sayında əfsanəvi Yohan Kroyf və Abe Lanstraya çatıb. Onlar Niderlandın ən məhsuldar futbolçuları siyahısında 8-10-cu yerləri bölüşür.

Qeyd edək ki, Niderlandın ən məhsuldar futbolçusu Robin van Persi 50 qol vurub.