10:02 08-09-2021
news_image
183
FUTBOL

“Onları gətirmək, milyonlar ödəmək - futbol adına ən böyük söyüşdür” – Tahir Süleymanov

Azərbaycan millisinin uğursuzluqlarına futbol veteranlarını da biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, sabiq FİFA hakimi, “Qarabağ”, “Turan” və “Neftçi”də məsul vəzifələrdə çalışmış Tahir Süleymanov da yığmanın durumundan narahatdır.

O, millimizin Portuqaliyaya 0:3 hesablı məğlubiyyətindən sonra paylaşım edib. Süleymanov yığmanın baş məşqçi Canni de Byazinin mətbuat konfransında işlətdiyi sitata görə AFFA-nı qınayıb: "Evi tikəndə aşağıdan, bünövrədən başlayırsan, damdan yox. Bunu federasiyanı davamlı tənqid edənlər, futbolun "inkişafını" görməyənlər, istəməyənlər demir, AFFA ideoloqlarının, strateqlərinin gətirdiyi və bünövrəsiz damda otuzdurduqları Canni de Byazi deyir...

Milli futbolun damı, son mərtəbəsidir. Bünövrəsi uçurdulan, tikilməyən, mərtəbələri olmayan dama foqstları, lippertləri, obradoviçləri, de byaziləri gətirmək, milyonlar ödəmək - futbol adına ən böyük söyüşdür... 

De Byazinin müqaviləsi sona çatmaq üzrədir. Sehrbaz deyiləm, təkliflərim var deyib, bünövrəsiz, damsız futbolda müddətini uzatmaq, hətta ürəyindən söyüş söymək keçir artıq...”.