10:11 08-09-2021
news_image
393
DİGƏR NÖVLƏR

“Müəyyən nəticələr var, amma onlarla kifayətlənməyəcəm” - Fərid Qayıbov

“Hamı birlikdə çalışmalı və hazır olmalıdır. Müəyyən nəticələr var, amma onlarla kifayətlənməyəcəm”.

APA-nın xəbərinə görə, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunarkən deyib.

O bildirib ki, yeniliklərə və inkişafa ehtiyac var: “Bu istiqamətdə çalışacağıq. Dünəndən təbrikləri qəbul edirəm və artıq işləmək lazımdır. Bu, böyük məsuliyyətdir və əlimizdən gələni etməyə hazırıq".