11:34 08-09-2021
news_image
143
FUTBOL

Yeni müqavilə - millinin kapitanından

Danimarka millisinin kapitanı Simon Kyer “Milan”da qalacaq.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu müdafiəçi ilə yeni müqavilə imzalayacaq.

Artıq tərəflər arasında danışıqlara start verilib. Danimarkalı karyerasını “rossonyeri”də başa vurmaq istəyir.

Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Milanlılar bu anlaşmanı daha bir il müddətinə uzatmağı planlaşdırır.