00:31 09-09-2021
news_image
201
FUTBOL

Məşqlərə başlayır – Eriksen

Danimarka millisinin və İtaliya “İnter”inin futbolçusu Kristian Eriksen karyerasını bərpa edə bilər.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin final mərhələsinin Finlandiya ilə oyununda ürəktutmadan huşunu itirib yerə yıxılan yarımmüdafiəçinin yaxın bir ay ərzində məşqlərə başlayacağı gözlənilir.

Eriksen artıq Milandadır. O, tibbi müayinələrdən keçir. Futbolçunun məşqlərə nə vaxt qatılması testlərin nəticələrindən asılı olacaq.