12:28 08-09-2021
news_image
160
FUTBOL

Baş məşqçiyə vaxt verdi – rəhbərlik

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Artetanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisinin rəhbərliyi mütəxəssisə vaxt verib.

Onlar Premyer Liqanın ilk üç turundakı məğlubiyyətlərdən narazı qalıblar. Rəhbərlik Artetaya vəziyyəti düzəltmək üçün 3 oyunluq vaxt verib. Sonuncu pillədə qərarlaşan komanda bu müddətdə durumunu yaxşılaşdırmasa Arteta ilə yollar ayrılacaq.

Qeyd edək ki, “Arsenal”ın baş məşqçisi postuna əsas namizəd Antonio Kontedir.