22:35 08-09-2021
news_image
164
FUTBOL

Ən uzunmüddətli məğlubiyyətsizlik seriyası – milli komandaların

Futbol tarixinin ən uzunmüddətli məğlubiyyətsiz seriyalarına nail olan milli komandaların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya son Avropa çempionu İtaliya yığması başçılıq edir.

“Skuadra Adzurra” sentyabrın 5-də İsveçrə ilə səfərdə qolsuz bərabərə qalaraq ardıcıl uduzmadığı matç sayını 36-ya çatdırıb və rekordu ələ keçirib. Roberto Mançininin kollektivinin mövqeyini möhkəmlətmək imkanı da var.

9 yığmanın yer aldığı siyahıda daha bir komanda seriyasını davam etdirir. Bu, cədvələ düşən yeganə Afrika təmsilçisi Əlcəzairdir.

1. İtaliya (2018-...) - 36 oyun
2-3. Braziliya (1993-1996) - 35
İspaniya (2007-2009) - 35
4. Argentina (1991-1993) – 31
5-6. İtaliya (1935-1939) – 30
Fransa (1994-1996) – 30
7. Əlcəzair (2018-...) – 29
8-9. Fransa (2010-2012) – 23
Qərbi Almaniya (1978-1981) – 23