18:18 08-09-2021
news_image
413
FUTBOL

34 yaşında 16-cı komandası oldu – “Neftçi”

“Neftçi” növbəti hücumçu transferini rəsmiləşdirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb.

34 yaşlı futbolçu Bakı təmsilçisinin heyətində 9 nömrəli formanı geyinəcək.

Tiaqo Keyruş Bezerra ölkəsinin “Legiao” klubunun yetirməsidir. 34 yaşlı mərkəz hücumçu karyerası ərzində buna qədər 15 dəfə klubunu dəyişib. “Neftçi” onun 16-cı komandasıdır. Braziliya ilə yanaşı, Belçika, Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Özbəkistan və Qətərdə çıxış edən Bezerra üçün Azərbaycan 8-ci ölkədir. Futbolçu Türkiyədə müxtəlif illərdə “Altay”, “Karşıyaka”, “Adanaspor” və “Adana Dəmirspor”un formasını geyinib.

“Neftçi”yə azad agent kimi keçən Tiaqo Bezerra son olaraq bu ilin yayında Qətər təmsilçisi “Əl-Sayliya” klubundan ayrılıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.