18:35 08-09-2021
news_image
137
FUTBOL

Ən dəyərli çempionatlar və klublar açıqlandı - ADLAR

Futbolçuların transfer qiymətinə görə, ən dəyərli çempionatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyasının araşdırmasına əsasən İngiltərə Premyer Liqası siyahıda birinci pillədə qərarlaşır.

Premyer Liqa təmsilçilərinin ümumi dəyəri 7 milyard funt-sterlinqə bərabərdir. Bu rəqəm “böyük beşliy”in digər nümayəndələri A seriyası (2,9 milyard funt-sterlinq), La Liqa (2,8 milyard), Liqa1 (2,3 milyard) və Bundesliqadan (2 milyard) xeyli yüksəkdir.

Avropanın ən bahalı klubları isə Mançester təmsilçiləridir: “Mançester Siti” - 926 milyon funt-sterlinq, “Mançester Yunayted” (877 milyon). Bu baxımdan ilk “10-luq”da qərarlaşan digər Premyer Liqa təmsilçiləri “Çelsi” (669 milyon), “Liverpul” (576 milyon), “Arsenal” (542 milyon) və “Tottenhem”dir (472 milyon).