09:09 09-09-2021
news_image
135
FUTBOL

Lövün rekordunu təkrarladı - Flik

Almaniya yığması DÇ-2022-nin seçmə mərhələsində İslandiya üzərində 4:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bununla baş məşqçi Hans-Diter Flik milli tarixinə düşüb.

O, Bundestimlə ilk üç matçında qələbə qazanan və qol buraxmayan ikinci çalışdırıcıdır. Almanlar Flikin rəhbərliyi altında seçmə mərhələdə Lixtenşteyn (2:0) və Ermənistanı (6:0) da quru hesabla məğlub edib. Flikdən əvvəl ilk üç görüşdə qalibiyyətə sevinən ilk çalışdırıcı 2006-2021-ci illərdə yığmaya başçılıq edən Yoahim Löv olub.

Qeyd edək ki, Almaniya yığması 6 turdan sonra 15 xalla J qrupuna başçılıq edir. Bundestim növbəti turda oktyabrın 8-də Rumıniya ilə qarşılaşacaq.