09:22 09-09-2021
news_image
120
FUTBOL

25 ildən sonra ilk dəfə - İngiltərə yığmasında

DÇ-2022-nin seçmə mərhələsində Polşanın qonağı olan İngiltərə millisi 1:1 hesablı bərabərliyə imza atıb.

Apasport.az saytının məlumatına görə, Ada təmsilçisinin baş məşqçisi Qaret Sautqeyt matç ərzində dəyişikliyə əl atmayıb.

Maraqlıdır ki, bu, ingilislərin tarixində 25 ildən sonra ilk belə hadisədir. “Dumanlı Albion” təmsilçisi sonuncu dəfə AVRO-1996-nın Almaniya ilə yarımfinal (1:1, penaltilərlə 5:6) görüşündə əvəzləməyə ehtiyac duymamışdı.

Sautqeyt ehtiyat qüvvəyə şans verməməsinin səbəbini də açıqlayıb: “Qrupumuzun ən çətin matçı idi. İkinci hissədə oyuna tam nəzarət edirdik. Belə olmasaydı əvəzləməyə əl atardım”.