10:47 09-09-2021
news_image
158
FUTBOL

Yeni klubunda 26 gün qaldı – Azərbaycan millisinin sabiq futbolçusu

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak Türkiyədə klub dəyişməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi bu yay “Altınordu”dan keçdiyi “Bursaspor”da da çox qalmayıb.

Sol cinah oyunçusu Bursa klubunda cəmi 26 gün qaldıqdan və çempionatda bir oyun keçirdikdən sonra TFF I Liqanın digər təmsilçisi “Erzurum BB” ilə anlaşıb. Erzurum təmsilçisi yeni transferini artıq təqdim edib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərov isə bu yay “Neftçi”dən “Bursaspor”a keçib.