12:14 09-09-2021
news_image
351
FUTBOL

Emre Belözoğlu çalışdıracaq? - Türkiyə millisində

Emre Belözoğlu Türkiyə millisinin baş məşqçisi ola bilər

Türkiyə millisində baş məşqçi Şenol Günəşi kimin əvəzləyəcəyi müəyyənləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu posta Emre Belözoğlunun gətirilməsi nəzərdə tutulub.

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün Şenol Günəşlə bir araya gələcək. Görüş zamanı təcrübəli mütəxəssisin istefaya göndərilməsi gözlənilir. İddiaya görə, Belözoğlunun baş məşqçi postuna gətirilməsi üçün onunla danışıqlara başlanılıb.

Qeyd edək ki, Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsinin son oyununda Niderlanda 1:6 hesabı ilə məğlub olub.