22:30 09-09-2021
news_image
102
FUTBOL

“Roma”da yeni müqavilə - 3 milyon qazanacaq

İtaliyanın “Roma” klubu futbolçusu Lorenso Pelleqrini ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin nümayəndələri yarımmüdafiəçinin agenti ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Yeni anlaşmada şərtlər fərqli olacaq. Pelleqrini ildə 3 milyon avro qazanacaq. O, bonuslar hesabına daha 1 milyon əldə edə bilər.

25 yaşlı futbolçunun komandadan getməsi üçün tələb olunan 30 milyon avro ilə bağlı şərt də ləğv edilib. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Pelleqrini A seriyasının ötən mövsümündə 34 oyunda 7 qol vurub.