17:28 11-09-2021
news_image
146
FUTBOL

Klubsuz qalan ən dəyərli futbolçular - ADLAR

Avropanın böyük futbol ölkələrində transfer dönəmi başa çatıb.

Apasport.az saytının məlumatına görə, gözlənilməz keçidlərin baş tutduğu yay fasiləsində transfer dəyəri yüksək olan bəzi oyunçular sürpriz şəkildə özünə komanda tapa bilməyib.

Azad agent statusu daşıyan həmin oyunçular ya klubsuz qalmamaq üçün 2-3-cü dərəcəli ölkələrə yollanacaq, ya da qış fasiləsini gözləyəcəklər.

Hazırda klubsuz olan ən dəyərli futbolçular aşağıdakılardır:

1. Serj Orye
Son klubu: “Tottenhem”
Yaşı: 28
Ölkəsi: Fil Dişi Sahili
Transfer dəyəri: 20 milyon avro

2. Angel Romero
Son klubu: “San Lorenzo”
Yaşı: 29
Ölkəsi: Paraqvay
Transfer dəyəri: 6 milyon

3. Nikolas N'Kulu
Son klubu: “Sampdoriya”
Yaşı: 31
Ölkəsi: Kamerun
Transfer dəyəri: 5 milyon

4. Klemen Qrenier
Son klubu: “Renn”
Yaşı: 30
Ölkəsi: Fransa
Transfer dəyəri: 4 milyon

5. Oskar Romero
Son klubu: “San Lorenzo”
Yaşı: 29
Ölkəsi: Paraqvay
Transfer dəyəri: 4 milyon

6. Fernando
Son klubu: “Beyçzin Qoan”
Yaşı: 30
Ölkəsi: Braziliya
Transfer dəyəri: 3,5 milyon

7. Qaston Ramires
Son klubu: “Sampdoriya”
Yaşı: 30
Ölkəsi: Uruqvay
Transfer dəyəri: 3,5 milyon