16:24 12-09-2021
news_image
233
FUTBOL

Klubuna ən sadiq 10 futbolçu – karyerasını davam etdirənlər

Klublarına sadiq olan futbolçuların siyahısında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, buna səbəb 2004-cü ildən “Barselona”nın əsas komandasında oynayan Lionel Messinin bu yay PSJ-yə keçməsi olub.

Müasir dövrdə əksər futbolçular yüksək məvacib təklif edən klublara keçməyə həvəs göstərir. Ancaq bəziləri də karyerası ərzində yalnız bir komandanın formasını geyinməklə oranın əfsanəsinə çevrilməyi üstün tutur.

Bu yazıda da “böyük beşlik” ölkələrində karyerasını davam etdirənlərdən ən sadiq 10 futbolçu ilə tanış olacağıq.

1. Mark Nobl – “Vest Hem”
17 il 8 ay – 527 oyun, 60 qol, 61 assist

2. Corcio Kyellini – “Yuventus”
16 il 2 ay – 536 oyun, 36 qol, 24 assist

3. Françesko Manyanelli – “Sassuolo”
16 il 2 ay – 470 oyun, 9 qol, 22 assist

4. Marselo – “Real”
14 il 8 ay – 528 oyun, 38 qol, 101 assist

5. Oyer Sanjurjo – “Osasuna”
13 il 9 ay – 330 oyun, 14 qol, 12 assist

6. Jerar Pike – “Barselona”
13 il 2 ay – 568 oyun 51 qol, 13 assist

7. Stefan Radu – “Latsio”
13 il 2 ay – 412 oyun 8 qol, 21 assist

8. Marsel Şmeltser – “Borussiya”, Dortmund
13 il 2 ay – 367 oyun, 7 qol, 34 assist

9. Vinsen Manseu – “Anje”
13 il 2 ay - 359 oyun, 5 qol, 8 assist

10. Serxio Buskets – “Barselona”
13 il – 632 oyun, 15 qol, 41 assist