13:06 09-09-2021
news_image

Azərbaycanlı Avropa çempionu vəfat etdi - 73 yaşında

Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Apasport.az-ın Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Quliyev 73 yaşında dünyasını dəyişib.

O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub. Nağı Quliyev 1995-1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!