13:29 09-09-2021
news_image
154
FUTBOL

Ağır cəza – paytaxt klubuna

İngiltərə Futbol Assosiasiyası “Çelsi”ni cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna Premyer Liqanın II turunun “Liverpul”la görüşündəki münaqişə səbəb olub.

Bu, Ris Ceymsin əllə oyuna görə qırmızı vərəqə və penaltiyə səbəb olduğu epizodda baş verib. “Çelsi” futbolçuları baş hakimə sərt şəkildə narazılıq bildirib və mübahisə ediblər.

Futbolçularını idarə edə bilməməsi əsas gətirilərək paytaxt klubuna 25 min funt-sterlinq cərimə verilib. Londonlular hadisədə günahlarını qəbul edib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.