13:47 09-09-2021
news_image
147
FUTBOL

Taleyi necə olacaq? - qəza enişi edən təyyarədəki futbolçuların

Təyyarəsi qəza enişi edən Almaniya millisinin futbolçularının taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Şotlandiyanın Edinburq şəhərində enməli olan Bundestimin üzvləri yollarına fərdi qaydada davam edəcək.

Futbolçular klublarının düşərgəsinə ayrı-ayrı reyslərlə yollanacaq. Məşqçilər və digər rəsmi şəxslər isə Frankfurt və Münhenə uçacaq.

Qeyd edək ki, DÇ-2022-nin İslandiya ilə seçmə oyunundan (4:0) sonra Reykyavikdən Frankfurta uçan Almaniya millisinin təyyarəsi qəza siqnalı verərək Edinburqa enib.