14:03 09-09-2021
news_image
159
FUTBOL

Bakıdan klubuna zədəli qayıtdı - portuqaliyalı futbolçu

Portuqaliya millisinin futbolçusu Joao Palinya zədələnib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıda keçirilən matçda ayağından zədə alıb.

Bu üzdən fasilədən sonra əvəzlənən Palinya klubu “Sportinq”in düşərgəsinə qayıdıb. Tibbi müayinədən sonra 26 yaşlı orta sahə oyunçusunun zədəsinin ciddi olmadığı aşkarlansa da, onun fiziki durumunun qaydasında olmadığı bildirilib. Bu isə baş məşqçi Ruben Amorimi narahat edir. Çünki “Sportinq”in Portuqaliya çempionatının V turu çərçivəsində sentyabrın 11-də “Porto” ilə keçirəcəyi görüşdə Palinyanın iştirakı sual altına düşüb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – Portuqaliya qarşılaşması qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.