14:16 09-09-2021
news_image
288
FUTBOL

“Omoniya”nın futbolçusu zədələndi - “Qarabağ”la oyunu buraxacaq

Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Omoniya” ciddi itki ilə üzləşib.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Miks Diskerud sıradan çıxıb.

Tibbi müayinədən sonra ABŞ millisinin sabiq üzvünün zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər 31 yaşlı orta sahə oyunçusunun təxminən 20 gün məşqlərdən uzaq qalacağını açıqlayıb. Baş məşqçi Henninq Berq oktyabrın əvvəlinə qədər onun xidmətindən məhrum olacaq.

Bu da o deməkdir ki, Miks Diskerud Kipr çempionatının bir neçə oyunu ilə yanaşı, Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la səfər, “Qarabağ”la isə ev oyununu buraxacaq.

Qeyd edək ki, “Omoniya” ilə “Qarabağ” arasında II tur matçı sentyabrın 30-da Nikosiyada keçiriləcək.