15:22 09-09-2021
news_image
90
FUTBOL

“Bavariya” və “Atletiko” ilə oyunu buraxacaq – “Barselona”nın hücumçusu

“Barselona”nın yeni 10 nömrəsi Ansu Fatinin kollektivə dönüşü yubanır.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı hücumçunun zədəsini sağaltdıqdan sonra bərpa prosesi gözləniləndən zəif gedir.

2020-ci ilin noyabrında dizindən əməliyyat olunan İspaniya millisinin üzvünün milli komandaların oyunları ilə əlaqədar oktyabrda yaranacaq fasilədən sonra yaşıl meydanlara dönüşü gözlənilir. Bu isə o deməkdir ki, Fati Çempionlar Liqasında “Bavariya”, “Benfika”, La Liqada isə “Qranada”, “Kadiz”, “Levante” və “Atletiko” ilə oyunları buraxacaq.

Qeyd edək ki, Ansu Fati ötən mövsüm 10 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə verib.