14:44 09-09-2021
news_image
143
FUTBOL

“Bunu Azərbaycan səfərində də təkrarlamalıyıq” – irlandiyalı futbolçu

“Dünya çempionatına vəsiqəyə iddia etmək üçün bir az gecdir. Ancaq biz sona qədər mübarizəmizi davam etdirəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının futbolçusu Ceff Hendrik deyib.

29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində sentyabrda keçirdikləri oyunları dəyərləndirib. Azərbaycan yığması ilə Dublində bərabərə qalan (1:1) irlandların, xüsusən də, Portuqaliyaya qarşı çıxışı (1:2) Hendrikin ürəyincə olub.

O, bu cür performansı davam etdirəcəkləri təqdirdə, növbəti matçlarda qələbə qazanacaqlarına inandığını söyləyib: “Real yanaşsaq, bundan sonrakı bəzi oyunlarda qələbə qazanmaq bizim üçün çətin olacaq. Ancaq Portuqaliyaya (1:2) qarşı sərgilədiyimiz oyun ümidimizi artırdı. Həmin oyunu Azərbaycanla səfər matçında da təkrarlamalıyıq. Bakıdakı görüşdə qələbə qazana bilərik”.

Qeyd edək ki, İrlandiya yığması qrupda növbəti oyununu oktyabrın 9-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.