14:53 09-09-2021
news_image
82
FUTBOL

Niderland klubu ilə oyunlarının vaxtı açıqlandı – “Qəbələ”nin

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Çempionlar yolunda mübarizə aparacaq U-19 komanda Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.

Sentyabrın 29-dakı ilk görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Matç saat 17:00-da başlayacaq. Cavab qarşılaşması oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.