00:24 10-09-2021
news_image
105
FUTBOL

“Bizdə qəhrəmanlar var” - prezident

İspaniyanın “Barselona” klubu futbolçusu Serxi Roberto ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi müdafiəçi ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Yeni anlaşmada futbolçunun maaşı azaldılacaq. Serxinin indiki müqaviləsi mövsümün sonuna qədərdir.

Klub prezidenti Joan Laporta onu maaşda endirimə getdiyi üçün qəhrəman adlandırıb: “Bizdə qəhrəmanlar – Jerar Pike, Jordi Alba, Serxio Buskets var. İndi də Serxi Roberto ilə məsələni yekunlaşdırırıq”.