00:55 10-09-2021
news_image
110
FUTBOL

“Dünya çempionatının 4 ildən bir keçirilməsi onu nüfuzlu edir” – Beyl yeniliyə qarşı

“Dünya çempionatının dörd ildə bir dəfə keçirilməsi ənənəsini bəyənirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin futbolçusu Qaret Beyl deyib.

İspaniya “Real”ında çıxış edən futbolçu dünya çempionatlarının 4 deyil, 2 ildə bir dəfə təşkil olunması ideyasına münasibət bildirib: “Belə olması nüfuzludur. Olimpiya Oyunları da belə - 4 ildən bir keçirilir. Çox tez-tez olmayanda nə isə xüsusi bir şey hiss edilir. Mundialın 2 ildən bir keçirilməsini xoşlamıram. Belə olsa tarixin bir hissəsi itiriləcək. Dünya çempionatının 4 ildə bir dəfə keçirilməsi və növbəti yarışa çox vaxtın qalması onu nüfuzlu edir”.

Qeyd edək ki, dünya çempionatları 1930-cu ildən keçirilir. Yarış daim 4 ildən bir təşkil olunub. Yalnız 1942-ci və 1946-cı illərdə II Dünya müharibəsi səbəbindən mundial baş tutmayıb.