15:18 12-09-2021
news_image
151
FUTBOL

Transferlərə ən çox pul xərcləyən klublar – pandemiyadan sonra

Koronavirus pandemiyası yayılmağa başladığı gündən sonra Avropada transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, pandemiya dönəmində ciddi maliyyə problemləri olsa da, bəzi klublar yeni oyunçular üçün böyük məbləğlər xərcləməkdən çəkinməyib.

İlk “10-luğ”a İngiltərənin 3 təmsilçisi başçılıq edir. Ötən ilin yayından bəri transferlərə 403 milyon avro xərc çəkən “Çelsi” zirvədə qərarlaşır. “Mançester Siti” və “Mançester Yunayted” 2-3-cü yerləri tutur.

Maraqlıdır ki, hər zaman transferlərə böyük pullar xərcləyən İspaniya nəhəngləri “Real” və “Barselona” bu dəfə “10-luğ”a düşə bilməyib.

1. “Çelsi” – 403 milyon avro
2. “Mançester Siti” – 323 milyon
3. “Mançester Yunayted” – 286 milyon
4. “Yuventus” – 272 milyon
5. “Arsenal” – 258 milyon
6. “Aston Villa” – 235 milyon
7. “Tottenhem” – 230 milyon
8. “Leypsiq” – 190 milyon
9. “Lids” – 187 milyon
10. PSJ – 168 milyon

Qeyd edək ki, dünyada koronavirus keçən ilin martından yayılmağa başlayıb.