16:39 09-09-2021
news_image
88
FUTBOL

Qapıçılar üçün məşq mərkəzi açdı – Kasilyas

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu İker Kasilyas qapıçılar üçün məşq mərkəzi açıb.

Apasport.az saytının məlumatına görə, həmin məkan BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərəcək.

Bu, Kasilyasın ölkə xaricindəki ilk belə mərkəzidir. Dubay İdman Şurası bu layihənin BƏƏ və Yaxın Şərq ölkələrində karyerasına yeni başlayan qapıçıların inkişafına xidmət edəcəyini açıqlayıb.

Mərkəzdə peşəkar klubların qapıçıları da çalışa biləcək. Qolkiperlərlə işləyən məşqçilər üçün də təlimlər təşkil olunacaq.