17:34 09-09-2021
news_image
183
FUTBOL

Obameyanqa əvəzləyici tapdı - “Arsenal”

“Sevilya”nın hücumçusu Yussef en-Nesiri karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Arsenal” mərakeşli forvardın xidmətində maraqlıdır.

24 yaşlı oyunçu təkliflərə baxmayaraq, yay fasiləsində “Sevilya”dan ayrılmağa razılıq verməyib. “Arsenal” rəhbərliyi onu 32 yaşlı hücumçusu Pyerr-Emerik Obameyanqa layiqli əvəzləyici hesab edir. “Topçular” ən geci mövsümün sonunda en-Nesirini heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Yussef en-Nesiri cari mövsüm “Sevilya”nın heyətində 3 oyunda 2 qol vurub, 1 assist edib.