09:00 10-09-2021
news_image
1055
FUTBOL

Messidən növbəti rekordlar – het-triklə

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin X turunda Boliviyanı qəbul edən Argentina 3:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmada hər üç qola imza atan kapitan Lionel Messi növbəti rekordları yeniləyib.

34 yaşlı superulduz bununla peşəkar karyerasındakı qollarının sayını 750-yə çatdırıb. Leo buna 932 oyunda nail olub. Bu, eyni zamanda PSJ-nin futbolçusunun yığmasında 7-ci het-trikidir. Messi dünya çempionatının seçmə mərhələsində iki het-trik edən yeganə argentinalıdır.

Bundan başqa millidə 79-cu qolunu vuran Lionel Cənubi Amerika yığmalarının futbolçuları arasında ən məhsuldar qolçu ünvanını ələ keçirib. O, əfsanəvi Pelenin 77 qollu rekordunu yeniləyib.

Qeyd edək ki, 8 oyunda 18 xal toplayan Argentina yığması lider Braziliyadan (24 xal) sonra ikinci yerdə qərarlaşır.