09:08 10-09-2021
news_image
125
FUTBOL

Cənubi Amerika rekordunu təkrarladı – Braziliya

Braziliya yığması Cənubi Amerika rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, “sambaçılar” buna DÇ-2022-nin seçmə mərhələsində Peru üzərində 2:0 hesablı qələbə qazanaraq nail olub.

Everton Ribeyro və Neymarın qolları ilə aktivinə növbəti 3 xalı yazdıran komanda əvvəlki seçmə mərhələnin son oyununu da nəzərə alsaq, ardıcıl 9-cu qələbəsini qazanıb. Bu, dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə 2016-cı ildəki rekordun təkrarlanması deməkdir. “Sambaçılar” 2016-cı ilin sentyabrından 2017-ci ilin avqustuna qədər də eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, Braziliya yığması hazırda 24 xalla turnir cədvəlinə başçılıq edir.