10:55 10-09-2021
news_image
253
FUTBOL

Nəhənglərin “Bakcell Arena” savaşı - 84-cü derbi

Bu həftə Azərbaycan Premyer Liqasında III turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonrakı turun bəzəyi sentyabrın 12-də olacaq.

“Neftçi” və “Qarabağ” növbəti Azərbaycan derbisinə çıxacaq. Ölkə çempionatının daimi iştirakçısı olan iki komanda həm də ötən mövsümün ən yaxşılarıdır.

Son çempion gümüş mükafatçını “Bakcell Arena”da qəbul edəcək. Son 11 ildə yalnız bu iki komandanın çempion olması da matçı “nəhənglərin dueli” adlandırmağa əsas verir. 2009/10 mövsümündə “İnter”in (indiki “Keşlə”) çempionluğundan sonra Premyer Liqada “Neftçi” və “Qarabağ” hegemonluq edir. Bu müddətdə ağdamlılar 7, bakılılar 4 dəfə qızıl medal qazanıb.

Azərbaycan derbisinin iştirakçıları həm də çempionatın ən titullularıdır. “Neftçi” 9, “Qarabağ” 8 dəfə çempion adına yiyələnib.

Bu iki komanda əvvəlki 29 çempionatdan 28-də üz-üzə gəlib. Yalnız 1993-cü ildə ayrı qruplarda yer alan klublar qarşılaşmayıb.

Əvəzində iki mərhələli 1995/96, 1998/99 mövsümlərində və 2009/10 mövsümündən sonrakı dövrdə rəqiblər yeganə istisna ilə hər çempionatda 4 dəfə qarşılaşıb. Yalnız yarımçıq başa çatdırılan 2019/20 mövsümündə 4-cü matç baş tutmayıb və azarkeşlər 3 derbi izləyib.

1992-ci ildən indiyədək 83 derbi baş tutub. “Qarabağ” bu matçlarda böyük üstünlüyə malikdir. Ağdamlılar 30 qələbə qazanıb, 30 heç-heçə edib. “Neftçi”nin 23 qalibiyyəti var. 84-cü derbi öncəsi top fərqində də “Qarabağ”ın böyük üstünlüyü diqqət çəkir – 92-76.

Amma son duellər bakılıların xeyrinədir. “Neftçi” son 6 oyunda yalnız 1 dəfə uduzub. 

“Qarabağ” rəqib meydanındakı son 4 matçdan üçündə xal qazanıb.

Ümumi balansda geridə olan “ağ-qaralar” evdə minimal üstünlüyə malikdir. “Neftçi” 13, “Qarabağ” 12 qələbə qazanıbsa, 15 dəfə qalib müəyyənləşməyib. Top fərqində ağdamlılar öndədir – 42:37. Son 4 ev oyununda “ağ-qaralar” cəmi bir dəfə üç xala sevinib.

“Qarabağ”ın evdəki üstünlüyü daha böyükdür. 18 dəfə qalib gələn meydan sahibləri 14 heç-heçə edib və 9 dəfə uduzub. Top fərqində də bu üstünlük əksini tapıb – 47-35.

Digər iki matç neytral meydanda baş tutub. Bunların birində qalib gələn “Neftçi” digərində heç-heçə edib və top fərqində də öndədir – 4-3.

83 derbidə 5 dəfə böyük hesab qeydə alınıb. Ən böyük darmadağın ötən mövsümə təsadüf edib. “Neftçi” öz meydanında 0:6 hesabı ilə uduzub. Ağdamlılar ikisi evdə, ikisi səfərdə olmaqla 4 dəfə böyükhesablı qələbə qazanıb. “Neftçi”nin yeganə belə uğuru səfərə təsadüf edib. Bakılıların bir qələbəsi isə top fərqində nəzərə alınmayan texniki nəticə ilə reallaşıb.

“Neftçi” – “Qarabağ”: Bütün oyunlar

26.09.1992

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:1

20.10.1992

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:1

16.10.1993

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:1

03.04.1994

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

02.10.1994

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:2

12.02.1995

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:0

17.09.1995

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:2

06.03.1996

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

29.04.1996

Qarabağ (Ağdam) - Neftçi (Bakı)**

1:2

06.06.1996

Neftçi (Bakı) - Qarabağ (Ağdam)**

2:2

11.12.1996

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

17.05.1997

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:1

22.11.1997

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

02.05.1998

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:1

23.09.1998

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

30.01.1999

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

24.04.1999

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

15.05.1999

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

14.11.1999

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:0

02.04.2000

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

04.11.2000

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:4

04.03.2001

Neftçi (Bakı) - Qarabağ (Ağdam)*

+:-

11.11.2001

Neftçi (Bakı) - Qarabağ-Azərsun (Ağdam)

1:0

17.03.2002

Qarabağ-Azərsun (Ağdam) - Neftçi (Bakı)

1:0

11.07.2003

Neftçi (Bakı) - Qarabağ-Azərsun (Ağdam)

2:0

13.03.2004

Qarabağ-Azərsun (Ağdam) - Neftçi (Bakı)

1:3

05.12.2004

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:0

04.05.2005

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:1

22.08.2005

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:2

16.02.2006

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:0

18.09.2006

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

27.04.2007

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:2

25.11.2007

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

17.05.2008

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:0

08.11.2008

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

26.04.2009

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:1

18.10.2009

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

03.02.2010

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

10.04.2010

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:0

15.05.2010

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

08.08.2010

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:1

28.11.2010

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:1

03.04.2011

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:0

13.05.2011

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:0

25.10.2011

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:2

26.11.2011

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2

01.04.2012

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:0

29.04.2012

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:1

11.08.2012

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

02.12.2012

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:1

06.04.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:2

04.05.2013

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2

28.09.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

08.12.2013

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:1

28.02.2014

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:4

27.04.2014

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

27.09.2014

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:3

07.12.2014

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:0

19.02.2015

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:1

25.04.2015

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:2

26.09.2015

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

29.11.2015

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:0

20.02.2016

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:0

16.04.2016

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:2

21.08.2016

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:0

25.10.2016

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:2

29.01.2017

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

29.04.2017

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:2

11.08.2017

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:3

01.12.2017

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0

14.03.2018

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

06.05.2018

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:1

26.08.2018

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

28.10.2018

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:1

03.02.2019

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:1

11.05.2019

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:3

15.09.2019

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:0

01.11.2019

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

08.02.2020

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:0

20.09.2020

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2

08.11.2020

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:6

13.02.2021

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2

19.05.2021

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:0

* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
** - neytral meydanda keçirilib.