12:30 10-09-2021
news_image
114
FUTBOL

Durumuna aydınlıq gəldi – van Deykin

“Liverpul”un müdafiəçisi Vircil van Deykin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin heyətində zədələnən ulduz futbolçu tibbi müayinədən keçib.

Bir ilə yaxın futboldan uzaq düşən mərkəz müdafiəçisinin zədəsinin bu dəfə ciddi olmadığı aşkarlanıb. 30 yaşlı oyunçu hətta bu gün kollektivlə birlikdə məşqdə iştirak edəcək. Van Deykin Premyer Liqanın növbəti turunda meydana çıxmasında heç bir maneə yoxdur.

Qeyd edək ki, “Liverpul” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də “Lids”lə səfərdə qarşılaşacaq.