22:37 10-09-2021
news_image
161
FUTBOL

“Liverpul”un transfer hədəfi - Pedri

İngiltərənin “Liverpul” klubunun transfer hədəfi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Pedrini heyətinə qatmaq istəyir.

Mersisaydlılar İspaniya millisinin futbolçusu üçün “Barselona”ya böyük məbləğ ödəməyə də razıdır. Baş məşqçi Yurgen Klopp Jorjinyo Veynaldumun gedişindən sonra orta sahəni məhz Pedri ilə gücləndirmək istəyir.

La Liqa təmsilçisi isə 18 yaşlı yarımmüdafiəçini buraxmağa tələsmir. Barselonalılar gənc ulduzla yeni müqavilə imzalamaq nyyətindədir.