22:07 11-09-2021
news_image
667
FUTBOL

“Qəbələ” zirvədə, “Zirə”dən ilk qələbə - “Sabah” və “Keşlə” xal üzünə həsrətdir

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı turun ilk iki matçı baş tutub.

Hər iki görüşdə səfər komandası eynihesablı qələbəyə sevinib.

Sonuncu pillədə qərarlaşan “Sabah” “Qəbələ”ni qəbul edib. Məğlubiyyətsiz irəliləyən qonaqlar uğurlu seriyanı "Bank Respublika Arena"da da davam etdirib. Rəqib qapısından hər hissədə bir cavabsız top keçirən "qırmızı-qaralar" inamlı qələbə ilə ən azı bir günlük liderliyə yüksəlib. “Sabah” isə xal üzünə həsrət qalmaqda davam edir.

Xala üzü görməyən digər komanda da evdə oynayıb. “Keşlə” ilk səfərinə çıxan “Zirə”ni qəbul edib. Matçın ilk hissəsində ev sahibləri azlıqda qalıb. Hücumçu Anatole Abanq 28-ci dəqiqədə qırmızı vərəqə aldığından, “Keşlə” bir saatdan çox azlıqda oynamalı olub. Qonaqlar isə say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Davit Volkovun dublu sayəsində “Zirə” mövsümdə ilk qələbəsini qazanıbsa, “Keşlə” yenə xalsız qalıb.

Qeyd edək ki, sabah yekun vurulacaq turun ikinci günündə “Səbail” – “Sumqayıt” və “Neftçi” – “Qarabağ” matçları keçiriləcək.

Azərbaycan Premyer Liqası
III tur
11 sentyabr (şənbə)
18:00. “Sabah” – “Qəbələ” - 0:2
Qollar: 
Yaovi Akakpo, 53, Ülvi İsgəndərov, 90+3
Baş hakim: Rauf Cabarov
“Sabah”: 16. Saşa Stamenkoviç (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 21. İldar Alekperov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Yusif İmanov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev
“Bank Respublika Arena”

20:15. “Keşlə” –“Zirə” - 0:2
Qollar: 
Davit Volkov, 64, 72
Qırmızı vərəqə: Anatole Abanq, 28
Baş hakim: Əliyar Ağayev
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 21. Miyusko Boyoviç, 9. Anatole Abanq, 17. Omar Qudiabi, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 77. Merab Qiqauri, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 33. Fərid Nadirov
Baş məşqçi: Sənan Qurbanov
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 5. Rauf Hüseynli
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 11. Velves Santos, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 4. Cəlal Hüseynov, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov
“ASK Arena”

1

Qəbələ

3

2

1

0

6-3

7

2

Sumqayıt

2

2

0

0

4-0

6

3

Qarabağ

2

1

1

0

4-1

4

4

Neftçi

2

1

1

0

4-3

4

5

Zirə

3

1

1

1

4-3

4

6

Səbail

2

1

0

1

1-3

3

7

Keşlə

3

0

0

3

1-6

0

8

Sabah

3

0

0

3

0-5

0

Bombardirlər: Davit Volkov ("Qəbələ") - 3 qol; Rəhim Sadıxov ("Sumqayıt"), Fəhmin Muradbəyli ("Neftçi"), Musa Qurbanlı ("Qarabağ"), Yaovi Akakpo ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ") - 2 qol.