00:52 11-09-2021
news_image
259
FUTBOL

Kaputonu icarəyə götürdü – A seriyası klubu

İtaliyanın “Sampdoriya” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Genuya təmsilçisi Françesko Kaputonu icarəyə götürüb.

“Sassuolo” hücumçusunu mövsümün sonunadək icarəyə verib. Anlaşmada futbolçunun mövsümün sonunda 3,5 milyon avroya transfer edilməsi öhdəliyi də yer alıb.

Qeyd edək ki, Kaputo ötən mövsümdə 11 qol vurub və 8 assistə imza atıb.