23:48 10-09-2021
news_image
157
FUTBOL

“İnter”in futbolçusundan əl çəkmir – “Barselona”

“Barselona” yay transfer dönəmində “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçlə maraqlanıb.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar 28 yaşlı oyunçunun keçidini reallaşdıra bilməsə də, ondan əl çəkmək fikrinə deyil.

İspaniya təmsilçisi bu keçid qarşılığında müdafiəçisi Emersonu təklif edib, tərəflər ortaq məxrəcə gəlməyiblər. Brozoviçin özü ilə danışıqları davam etdirən “Barsa” yanvarda onunla razılıq əldə etmək niyyətindədir. Bu baş verərsə, futbolçu gələn ilin yayında azad agent kimi "Barselona"ya keçəcək. Ancaq Brozoviç PSJ-nin də maraq dairəsindədir.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən “İnter”in formasını geyinir.